Elektromobil akkumulyatorlarına sərmayə qoyuluşu 100 milyard dolları keçəcək | Banco.az

Elektromobil akkumulyatorlarına sərmayə qoyuluşu 100 milyard dolları keçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il dünya üzrə akkumulyator sərmayələri ümumi olaraq 100 milyard dolları keçə bilər.

Banco.az xəbər verir ki, “BloombergNEF” tədqiqat şirkətinin “Sıfır Emissiyalı Vasitələr Hesabatı”na görə, elektromobillərin akkumulyator təchizatına ümumi investiya həcmi ilin sonuna kimi 62 milyard dollara çatacaq.

Hesabatda 2022-ci ildə əvvəlki ilə nəzərən 228 faiz artımla 28,6 milyard dollar investisiya qoyulduğu qeyd edilib.

2022-ci ildə ümumi investisiya qoyuluşunun 61 faizinin Çində reallaşdığı vurğulanan hesabatda bu investisiyalarla əlaqədar 600 mindən çox ictimai akkumulyatorun mövcudluğu açıqlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Çin elektrikli avtomobillər üçün akkumulyator istehsalına investisiya qoyuluşunu sürətlə davam etdirərsə, bu il dünya üzrə sərmayələrin ümumi olaraq 100 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et