ECB faiz qərarını nə vaxt elan edəcək? | Banco.az

ECB faiz qərarını nə vaxt elan edəcək?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankının (ECB) faiz qərarı ilə bağlı keçiriləcək iclas bazarların əsas gündəm mərkəzindədir.

Banco.az xəbər verir ki, ECB-nin qlobal bazarlara təsirsiz ötüşməyəcək faiz qərarı ilə bağlı iqtisadçılar bir sıra proqnozlar irəli sürürlər. Bəs ECB-nin faiz qərarı nə vaxt və saat neçədə açıqlanacaq?

Avropa Mərkəzi Bankının (ECB) Pul Siyasəti Komitəsinin faiz iclasının təqvimi dərc olunub.

Bu təqvimə əsasən bəlli olur ki, ECB may ayı üzrə uçot dərəcəsini qəbul edəcəyi müvafiq iclası bu gün )4 may) keçirəcək. Faiz qərarı isə iclasın ardınca Bakı vaxtı ilə saat 17:15-də elan olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iqtisadçılar, əsasən 25 baza bəndi artım gözləsələr də, 50 bəndlik artım da istisna edilmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et