Dünyanın ilk oyun şəhəri inşa edilib | Banco.az

Dünyanın ilk oyun şəhəri inşa edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin mərkəzində nəhəng əyləncə şəhəri fəaliyyətə başlayır.

Banco.az xəbər verir ki, “Droga5” və “Accenture Song” kreativ agentlikləri Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin mərkəzindən 40 km aralıda dünyanın ilk oyun şəhəri “Qiddiya City”ni inşa edirlər.

Bu iki agentliyin məqsədi oyunları mənasız və ya uşaqcasına görməkdən əlavə onları öyrənməyə, əlaqə saxlamağa və daha uzun yaşamağa kömək edən bir vasitə kimi dəyərləndirməyə başlayaraq oyuna ciddi yanaşmağın vaxtı çatdığını vurğulamaqdır.

Tikintisi davam edən nəhəng əyləncə mərkəzi “Play Life” adı ilə qurulur.

“Play Life” platforması şəhərin oyuna investisiyasından və dizaynından ilhamlanıb. Şəhərdə əyləncə parkları və qolf mərkəzləri arasında yaşayış binaları inşa edilir. Mənzillərdə standart oyun otaqları olacaq.

Bununla da. şəhərin mərkəzində futbol oyunları, motor yarışları, oyun turnirləri kimi mədəni və idman tədbirləri keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Şəhər hazırda “Qiddiya” brendinin oyunun transformasiyaedici təsiri ilə insanları maarifləndirmək, canlandırmaq və gücləndirmək üçün uzunmüddətli hədəfinin başlanğıcındadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et