Dünyanın ikinci ən böyük gəmiçilik şirkəti çətin günlərdən keçir | Banco.az

Dünyanın ikinci ən böyük gəmiçilik şirkəti çətin günlərdən keçir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ikinci ən böyük gəmiçilik şirkəti “Maersk” I rübdə əməliyyat mənfəətinin 56 faiz azaldığını elan edib.

Banco.az xəbər verir ki, qlobal ticarətin qabaqcıllarından biri olan, mənzil-qərargahı Kopenhagendə yerləşən şirkəti istehlakçı tələbinin və daşınma nisbətinin azalması, yükdaşımaların həcminin geriləməsi və  qlobal ehtiyat səviyyəsinin artması kimi amillər səbəbindən çətin günlərdən keçir.

Belə ki, gəmiçilik nəhəngi birinci rübdə əməliyyat mənfəətinin 56 faiz azaldığını, bununla yanaşı, 2023-cü ilin qalan hissəsi üçün daha zəif nəticələrin gözlənildiyini bildirib.

Dünya üzrə konteynerlərin təxminən beşdə birini daşıyan şirkət bu rübdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə yükdaşımaların həcminin 9,4 faiz, yük tariflərinin isə 37 faiz azaldığını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et