Dünyanın ən varlı insanları yoxsullaşsa necə olardı? | Banco.az

Dünyanın ən varlı insanları yoxsullaşsa necə olardı?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rəssam Gokul Pillainin “Midjourney”in köməyi ilə dünyanın ən zəngin insanlarını yoxsul kimi təsvir etdiyi portretlər diqqət çəkib.

Banco.az xəbər verir ki, süni intellektlə hazırlanmış fərqli məzmunlu təsvirlər sosial medianın gündəmində qalmaqda davam edir. Gah sənətkarların, gah alimlərin, gah da siyasətçilərin süni intellektin toxunuşu ilə şərh edildiyini görürük. 

Bu dəfə də hindli rəssam Gokul Pillai “Midjourney”dən istifadə edərək dünyanın ən zəngin insanlarını yoxsullarla müqayisə edərək yeni portretlər yaradıb.

Portretlərdə gecəqondu qarşısında yarıçılpaq dayanan Bill Qeyts, çirkli köynək və mavi şortda məhəllənin ortasında poza verən Mark Zukerberq, həmçinin Uarren Baffet, Ceff Bezos, İlon Mask, Mukeş Ambani kimi bir çox milyarderin kasıb görünən portretlərini yaradan Pillainin paylaşımları sosial şəbəkələrdə qısa müddətdə yayılıb.

Ən sərfəli kredit üçün müraciət et

AI Artist Gokul Pillai provocative portraits of Billionaires

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et