Dünyanın ən dəyərli markalarının adları açıqlandı | Banco.az

Dünyanın ən dəyərli markalarının adları açıqlandı

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən hazırlanan "Dünyanın Ən Dəyərli 500 markası - Qlobal 500-2019" araşdırması başa çatıb.

Keçən il 151 milyard dollarlıq marka dəyəri ilə ilk yeri tutmuş "Amazon", dəyərini 25" artıraraq 188 milyard dollarla yerini qoruyub.

Dünya nəhəngləri arasında "Apple" 154 milyard dollarla ikinci, "Google" 143 milyard dollarla üçüncü, "Microsoft" da 120 milyard dollarla 4-cü yerdədir.

Sözügedən siyahıda 91 milyard dollarla Cənubi Koreyanln "Samsung" şirkəti 5-inçi, 87 milyard dollarla ABŞ-ın telekommunikasiya şirkəti "AT&T" 6-ıncı, 83 milyard dollarla "Facebook" 7-inci, 80 milyard dollarla Çin bank ICBC 8-inci, 71 milyard dollarla ABŞ-ın "Verizon" şirkəti 9-uncu, 70 milyard dollarla "China Construction Bank" 10-cu yerdədir.

Ən sərfəli kredit üçün müraciət et

Bu il dəyərini ən yüksək nisbətdə artıran marka 326% artımla Çinli texnologiya şirkəti iQiyi olub. Keçən il 1 milyard dollar olan marka dəyərini bu il 4,3 milyard dollara qaldıran şirkət, siyahıya 483-ünçü sıradan daxil olub.

Ən çox dəyəri itirən marka isə JD.com olub. Şirkətin marka dəyəri 42% geriləmə ilə 11,4 milyard dollara düşüb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et