Dünyanın ən dəyərli idman klubları bunlardır - SİYAHI | Banco.az

Dünyanın ən dəyərli idman klubları bunlardır - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın ən dəyərli idman klublarının adları açıqlanıb.

Banco.az xəbər verir ki, Forbes-in açıqladığı hesabata görə, hazırda "Dallas Cowboys" dünyanın ən dəyərli idman komandasıdır.

Klubu Cerri Cons 1989-cu ildə 150 ​​milyon dollara satın alıb. Siyahıda ikinci yeri cari dəyəri 7.1 milyard dollar olan "New York Yankees" tutur. Komanda Staynbrenner ailəsinə məxsusdur və 1973-cü ildə 8.8 milyon dollara alınıb.

Siyahıda hər birinin hazırkı dəyəri 7 milyard dollar olan "Golden State Warriors" və "New England Patriots" üçüncü yeri tutur. Yeddi Avropa futbol komandası da siyahıda var.

İlk 10-luq isə aşağıdakı kimidir:

  1. "Dallas Cowboys  - 9 milyard dollar
  2. "New York Yankees - 7.1 milyard dollar
  3. "Golden State Warriors" - 7 milyard dollar
  4. "New England Patriots" - 7 milyard dollar
  5. "Los Angeles Rams" - 6.9 milyard dollar
  6. "New York Giants" - 6.8 milyard dollar
  7. "Chicago Bears" - 6.3 milyard dollar
  8. "Las Vegas Raiders" - 6.2 milyard dollar
  9. "New York Knicks" - 6.1 milyard dollar
  10. "New York Jets" - 6.1 milyard dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et