Dünyanın ən dəyərli avtomobil şirkətləri | Banco.az

Dünyanın ən dəyərli avtomobil şirkətləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bir neçə il əvvəl o qədər də popular olmayan elektrik avtomobilləri bu gün olduqca geniş yayılıb. Çünki ətraf mühitə həssaslıq istehlakçıların ona üstünlük verməsi üçün kifayət edən səbəblərdəndir. Bu səbəblə də şirkətlər elektrikli nəqliyyat vasitələrinə daha çox əhəmiyyət verməyə başlayıblar. Bu, dünyanın ən dəyərli avtomobil istehsalçılarının reytinqinə də təsir edir.

"CompaniesMarketCap" tərəfindən paylaşılan məlumatlara görə, "Tesla" hazırda 598.4 milyard dollarla ən yüksək bazar dəyərinə malik şirkətdir (5 fevral 2024 tarixinə).

Dünyanın ən dəyərli avtomobil şirkətləri bunlardır:

1. Tesla (ABŞ): 598.4 milyard dollar

2. Toyota (Yaponiya): 273.1 milyard dollar

3. Porsche (Almaniya): 80.5 milyard dollar

4. Mercedes-Benz (Almaniya): 74.2 milyard dollar

5. Stellantis (Niderland): 69.8 milyard dollar

Ən sərfəli kredit üçün müraciət et

6. BMW (Almaniya): 69.7 milyard dollar

7. Ferrari (İtaliya): 68.9 milyard dollar

8. Volkswagen (Almaniya): 68.5 milyard dollar

9. BYD (Çin): 66.5 milyard dollar

10. Honda (Yaponiya): 54.2 milyard dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et