Dünyanın ən çox bəyənilən şirkətləri | Banco.az

Dünyanın ən çox bəyənilən şirkətləri

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Fortune" jurnalı "Korn Ferry" ilə birgə dünyanın ən çox bəyənilən şirkətlərinin siyahısını dərc edib. "Korn Ferry" yüksək səviyyəli rəhbərlərin axtarışı, yerləşdirilməsi və məsləhətləşməsi kimi mühüm funksiyaları olan konsaltinq şirkətidir. Müvafiq olaraq, ən yaxşı 50 şirkəti seçmək üçün şirkət 3 720 yüksək vəzifəli menecerdən ən bəyəndikləri şirkətləri investisiya dəyəri, idarəetmə keyfiyyəti və sosial məsuliyyət kimi müxtəlif kateqoriyalar üzrə qiymətləndirmələrini istəyib.

Reytinqə görə, "Apple" dünyanın ən çox bəyənilən şirkəti olub. Şirkət 17 ildir ki, bu siyahının başındadır. İlk 10-luq aşağıdakı kimidir:

1. Apple

2. Microsoft

3. Amazon

4. Berkshire Hathaway

5. JPMorgan Chase

Ən sərfəli kredit üçün müraciət et

6. Costco Wholesale

7. Alphabet

8. American Express

9. Walmart

10. Nvidia

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et