Dünyanın ən böyük pensiya fondu III rübdə zərər açıqlayıb | Banco.az

Dünyanın ən böyük pensiya fondu III rübdə zərər açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük dövlət pensiya fondu III rübdə 1,722 trilyon yen (11,6 milyard dollar) itki verib.

Banco.az xəbər verir ki, dünyanın ən böyük pensiya fondu olan Yaponiya Hökuməti Pensiya Fondu (GPIF) dolların yen qarşısında möhkəmlənməsi xaricdəki səhmlər və istiqrazlardakı enişi kompensasiya edə bilmədiyi üçün sentyabrda başa çatan üç ay ərzində zərərə uğradığını açıqlayıb. 

Zərərdə qlobal səhmlər və fondun xaricdəki istiqrazlarında qeydə alınan enişin mühüm rolu olub.

Açıqlanan məlumatlara görə, fondun ümumi aktivləri sözügedən rüb ərzində 1,722 trilyon yen (11,6 milyard dollar) və ya 0,9 faiz zərər göstərərək 192,1 trilyon yenə (1,29 trilyon dollar) düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et