Dünyanın ən böyük geyim firması da Rusiya bazarını tərk edir | Banco.az

Dünyanın ən böyük geyim firması da Rusiya bazarını tərk edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük hazır geyim şirkəti olan “Inditex S.A.” Rusiyadakı fəaliyyət haqqlarını “Daher Group”a satmağa və bazardan çıxmağa hazırlaşır.

Banco.az xəbər verir ki, dünyanın ən böyük hazır geyim satış şirkəti olan və nəzdində “Zara”, “Pull&Bear”, “Massimo Dutti”, “Berschka”, “Stradivarius”, “Oysho” və “Zara home” kimi şirkətlərin yer aldığı İspaniyanın transmilli “Indıtex” şirkəti Rusiyadakı fəaliyyət haqqlarını Birləşmiş Ərəb Əmirliklərinə satmağa razılaşdıqlarını açıqlayıb.

Şirkətdən çərşənbə axşamı verilən açıqlamaya görə, müqavilə Rusiyada "əhəmiyyətli sayda iş yerlərini" saxlayacaq və “Daher” firması “Inditex” mağazalarının icarə müqavilələrinin əksəriyyətini öz üzərinə götürəcək.

“Inditex” ilin birinci yarısında əldə edilən gəlirlərin Rusiya bazarından çıxış xərclərini ödəyəcəyini gözləyir. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət iyun ayında Rusiya və Ukraynadakı fəaliyyətinin dayandırılmasının 216 milyon avroya başa gələcəyini elan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et