Dünyanın ən böyük amfiteatrının əsl adını bilirdiniz? | Banco.az

Dünyanın ən böyük amfiteatrının əsl adını bilirdiniz?

Müəllif - Aida İsaq, Banco.az

Romanın mərkəzində ucalan Kolizeyin əsl adı "Flavium" amfiteatrıdır. Sement və qumdan tikilmiş bu tikili tarixin ən böyük amfiteatrı hesab olunur. Eramızın 72-ci ildə Roma imperatoru Vespasianın dövründə inşasına başlanılan tikili eramızın 80-ci ildə imperator Titus tərəfindən tamamlanıb.

Həmin dövrlərdə Kolizey 80.000 nəfərə qədər insanların bir araya gəldiyi ən böyük toplaşma mərkəzi idi. Burada qladiator oyunları keçirilir, imperiyanın möhtəşəm tarixindən danışılır, həmçinin edamlar, heyvan ovları təşkil edilirdi.

Xristianlığın qəbulundan sonra Kolizeydəki şiddət mövzulu nümayişlər dayandırılır. Binanın iqtisadi və dini məqsədlər üçün istifadə edilməsinə başlanılır. Emalatxanalar, karxanalar, bazar yerləri imperiyanın dağılmasından sonra da istifadə olunmağa davam edirdi. Bu gün də Papa tərəfindən hər cümə günü Kolizeyin ətrafında xaç yolu yürüşləri keçirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et