Dünyanı dəyişmək istəsən, ilk olaraq özündən başla! | Banco.az

Dünyanı dəyişmək istəsən, ilk olaraq özündən başla!

Nik – tetraameliya patalogiyası ilə dünyaya göz açan,  çıxışları ilə milyonların sevgisini qazanan avstraliyalı motivatordur. Əlil olmanın insan üçün nə dərəcədə çətin olduğunu bilən, hələ körpəlikdən mübarizə aparmağa çalışan Nik əsas missiyasının insanlara kömək etmək olduğunu deyir.

İnsanların həyatlarının məqsədini tapmaqda, onlara çətinliklərə baxmayaraq daim çıxış yolunun olduğuna inandırmağa çalışan Nik, illər ərzində dünyanın əksər ölkələrində çıxış edir.

Nik 1982-ci ildə Melbruunda serbiyalı imiqrantların ailəsində dünyaya göz açır. Anası tibb bacısı, atası isə kilsə kahini idi. Körpə Nik dünyaya gəldiyi zaman, hər kəs göz yaşlarına qərq olmuşdur. Çünki balaca tetraameliya patalogiyası ilə (əl və ayaq olmadan) dünyaya gəlir. Valideynləri bütün çətinliklərin öhdəsindən gəlir, körpəyə sevgi ilə əhatə edir və ilk dəstəkçisi olurlar. Onlar, balacanın adi uşaqların getdiyi məktəbdə təhsil almasına nail oldular. Çünki 1990-cı ildə Avstraliya əlil uşaqlara aid bir neçə qanunda dəyişikliklər olmuşdur.

Nik dəfələrlə, niyə məhz onun başqalarından fərqlənməsi kimi suallara cavab axtarır. Rast gəldiyi çətinliklərə nə qədər çarə tapmaq istəsədə bir gün dözmür. 8 yaşlı Nik, valideynlərinə tək qalmaq istədiyini deyir və özünü su ilə dolu vannada boğmağa çalışır. Lakin suya qərq olan zaman Nik, valideynlərinin onun üçün necə mübarizə apardığını və onları tənha qoymaq istəmədiyini anlayır.

Nik, məhz o an insanlara həyatın əsl mənasının və xoşbəxtliyin fiziki görünüş, maddiyatla əlaqəli olmadığını anlatmaq üçün dünyaya gəldiyini başa düşür. O gündən etibarən Nik, hər kəsdən fərqli olmağın əslində heç də pis olmadığı kəşf edir.

7-ci sinifdə ikən Nik məktəb fəalı seçilir, şagirdlər qarşısında çıxış edir, əlil uşaqlar üçün xeyriyyə cəmiyyətlərinə vəsaitin toplanılmasında yardım edirdi.

Nik: “Dosta ehtiyacın olduğu zaman, dost olmağa çalış.  Son şansa ehtiyac duyduğunuz zaman, ilk şansı özünüz təqdim edin. Döydüyünüz qapılar üzünüzə açılmırsa, məyus olmayın. Bir neçə qapını birdən döyməyə çəkinməyin.”

Ən sərfəli kredit üçün müraciət et

21 yaşında Nik, Qriffet universitenin (Mühasibat və maliyyə planlaşdırılması üzrə) iki diplomunu əldə edir. 1999-cu ildə o; kilsə, cəzaçəkmə müəssisələri və məktəblərdə çıxış edir.

Life Without Limbs adlı qeyri kommersiya təşkilatını təsis edir və dünya üzrə əlillərə kömək etməyə başlayır. 2005-ci ildə, qitənin nüfuzlu “İlin Avstraliyalı gənci” mükafatı ilə təltif olunur. Nik - 2009-cu ildə filmə çəkilir,  2011-ci ildə maraqla qarşılanan «Something More» adlı mahnısını bəstələyir, hətta klip belə çəkdirərək milyonlarla baxış sayı toplayır. Daha sonra isə əlsiz-ayağsız milyonçu ilk kitabını (Life Without Limits: Inspiration for a Ridiculously Good Life) təqdim edir.

Vuyçiç - kütlələr toplayır, dünyanın fərqli ölkələrinə səyahət edir, insanlara məhz bu gün xoşbəxt olmağın mümkünlüyü və vacibliyi barəsində danışır. İnsanlar Nik-i, pozitiv, səmimi və onlara qarşı qayğı ilə yanaşma tərzini çox sevir.  Bir sözlə o, milyonlarla insanın sevimlisinə çevrilə bilir. Nik, fiziki cəhətdən sağlam insanlardan ən azı 3 dəfə çox iş görərək, dünyanı müsbət səmtdə dəyişdirən insanlardan biri olmağı bacarır.

Gənc mentor 2012-ci ildə Kanae Miyaxara adlı xanımla ailə həyatı qurur, 2013-cü ildə isə onların ilk övladı dünyaya gəlir. Vuyçiç ailəsinin hal-hazırda 4 tam sağlam övladı var.

Nik Vuyçiç, öz timsalında həyatın nə qədər çətin olsa belə, xoşbəxt yaşamağın mümkün olduğunu sərgiləyən şəxsdir.

Özünüzü elə aparın ki, gördükləriniz işlər ilk növbədə sizin özünüzü nələrsə etməyə sövq etsin.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et