Dünyada qeydiyyata alınmış domen adlarının sayı 332,4 milyona çatmışdır | Banco.az

Dünyada qeydiyyata alınmış domen adlarının sayı 332,4 milyona çatmışdır

Verisign şirkəti özünün ənənəvi Domain Name İndustry Briefhesabatını təqdim etmişdir. 2017-ci ilin sonuna olan məlumata görə dünyada 332,4 milyon domen qeydiyyata alınmışdır. Bu 2016-cı il göstəricisini 0,9% aşır.

Belə bir artımı 2015-2016-cı illərlə müqayisədə(6,8%) ciddi qəbul etmək lazımdır. Artım tempinin aşağı düşməsinin başlıca səbəbi yuxarı səviyyə yeni ümumi domenin uğursuz göstəriciləri olmuşdur. Orada qeydiyyatdan keçmiş adların sayı il ərzində 5 milyona qədər azalmışdır. Buna uyğun olaraq yeni domenə bağlı ona məxsus bazar payı 7,8%-dən 6,2%-ə qədər azalmışdır.

Azalma Verisign tərəfindən idarə edilən ümumi yuxarı səviyyə domeni .Net-dədə müşahidə olunmuşdur. 2017-ci il ərzində orada qeydiyyatdan keçənlərin sayı 800 min azalmış və 14,5 milyon təşkil etmişdir.Nəzərə çarpacaq artımın başlıca səbəbi .COM və milli domenlər hesabına əldə edilmişdir. .Com domeni daha 5 milyon qeydiyyat artmış və ili 139,5 milyon domen adı göstəricisi ilə başa vurmuşdur. Milli domenlər il ərzində 3,4 milyon ad əlavə etmişlər ki, bu da 2,4% illik artımla nəticələnmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda domen adlarının statistikası ilə bağlı vəziyyət nə yerdədir? 2017-ci ilin göstəriciləri və 2018-ci ilin yanvar ayında bu sektorda nələr baş verməsi haqda heç bir məlumat tapmaq mümkün deyildir. 2018-ci ilin yanvarın sonunda .az domen adlarının sayı nə qədər olmuşdur bu haqda hesabatı əldə edə bilməmişik.

digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç