Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır | Banco.az

Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır

Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ötən həftə neftin qiymətində axırıncı bir ayın ən əsaslı bahalaşması qeydə alındıqdan sonra Qazağıstan və Liviyada hasilatın qaydasına düşməsi və investorların Çində müşahidə olunan ilk Omikron ştammı ilə yoluxma halına yönəlməsi fonunda yeni iş həftəsinin ilk günündə stabillik yaşanır.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,1% bahalaşmaqla hazırda bir bareli 78.96 dollardan ticarət edilir.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında 0,1% dəyər qazanaraq bir bareli 81.81 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et