Dünya bazarında kakao paxlasının qiyməti tarixi maksimuma çatıb | Banco.az

Dünya bazarında kakao paxlasının qiyməti tarixi maksimuma çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Kakao paxlasının birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 11 min dolları ötüb.

Banco.az xəbər verir ki, kakao paxlasının əvvəlki tarixi maksimum qiymətləri martın 26-da, birjada qiymət 10 080 dollara çatanda qeydə alınıb.

London Beynəlxalq Birjasında kakao paxlasının may fyuçers qiyməti də bu gün rekord həddə çataraq, bir ton üçün 9,293 funt-sterlinqə yüksəlib.

Qeyd edək ki, kakaonun qiymətinin qalxması Qərbi Afrikadakı ekstremal hava şəraiti ilə əlaqədar başlayıb.Məhz dünya tədarükünün əsas hissəsi məhz bu regiondan gəlir. Musson mövsümünün erkən başlaması məhsul xəstəliklərinin yayılmasına və məhsulun gecikməsinə səbəb olub.

Nəticədə bazarda kakao qıtlığı yaranıb və bunu tez bir zamanda aradan qaldırmaq mümkün olmayacaq. 

Ən sərfəli kredit üçün müraciət et

“Yeni ağacların kakao paxlası istehsal etməsi bir neçə il çəkir. İstehsalçılara çatışmazlığı aradan qaldırmaq üçün bir il yarımdan üç ilə qədər vaxt lazım ola bilər”,- ekspertlər bildirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et