Dünya Bankının Azərbaycan üzrə meneceri yeni vəzifəyə təyinat alıb | Banco.az

Dünya Bankının Azərbaycan üzrə meneceri yeni vəzifəyə təyinat alıb

Dünya Bankının (DB) Azərbaycan üzrə keçmiş meneceri Navid Həsən Naqvi bundan sonrakı fəaliyyətini Qırğızıstanda davam etdirəcək.

Bu barədə məlumatı qurumun Azərbaycandakı nümayəndəliyindən təsdiq ediblər.

Bildirilir ki, o, öz səlahiyyətlərinin icrasına 2020-ci ilin avqustun 1-də başlamalıdır.

Xatırladaq ki, iyulun 1-də Azərbaycanda səlahiyyət müddəti bitən Navid Naqvi 2016-cı ildən bu vəzifəni icra edir.

Onun yerinə isə Azərbaycan üzrə menecer vəzifəsinə Sara Maykl (Sarah Michael) təyin olunub.

Əlavə edək ki, Azərbaycan bir çox ölkələr kimi koronavirus (COVID-19) pandemiyası səbəbindən beynəlxalq uçuşları ləğv edib. Bu səbəbdən də S.Mayklın Azərbaycana gələrək vəzifəsinin icrasına başlaması və N.Naqvinin isə ölkənin tərk etməsi yubanır.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et