Dövriyyədə olan ödəniş kartlarının sayı artıb | Banco.az

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Cari ilin noyabr ayında bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.

Banco.az bu barədə AMB-ə istinadən xəbər verir.

Qeyd edək ki, ötən  ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.9 faiz artıb.  Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26.6 faiz  təşkil edib.

Həmçinin, ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1.7 milyon ədəd artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et