Dollar/TL məzənnəsində növbəti rekord - Lirə sürətlə ucuzlaşır | Banco.az

Dollar/TL məzənnəsində növbəti rekord - Lirə sürətlə ucuzlaşır

Tamara Mustafayeva, Banco.az

Dünən Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra sürətlə ucuzlaşan türk lirəsi yeni anti-rekorda imza atmışdı.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, dünən 15.77 səviyyəsinə qədər yüksəlməklə tarixin ən yüksək həddinə çatan məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlayıb, daha sonra isə bir qədər də yüksəlib. Günün irəliləyən saatlarında məzənnədə 16 səviyyəsinin keçilməsi ilə yeni tarixi rekord qeydə alınıb. 

Hazırda Dollar/TL məzənnəsi 16.24 səviyyəsində ticarət edilir.

Xatırladaq ki, Mərkəzi bank uçot dərəcəsi faizini proqnozlara paralel olaraq 15%-dən 14%-ə endirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et