Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

Dünən 6.82-6.84 səviyyəsində dalğalanan kurs yeni günə 6.83 səviyyəsində başlayıb.

Xatırladaq ki, koronavirus pandemiyasında ikinci dalğa narahatlıqları türk lirəsinə təzyiq göstərir. Əksər inkişaf etməkdə olan ölkə valyutaları səhər saatlarında dollar qarşısında dəyər itkisi yaşayır.

FED sədri Jerom Povel dünənki yarımil nitqi zamanı virusda ikinci dalğa riski səbəbilə iqtisadiyyatın bərpasının vaxt və gücü ilə bağlı qeyri-müəyyənliklərin olduğunu vurğulayıb, prosesin uzanmasının isə zərərləri artıracağını bildirib. Amerikada dünən elan edilən rekord səviyyəli pərəkandə satış həcmindən sonra dolların yüksəlməsi Povelin çıxışı fonunda qlobal birjalarda da yüksəlişini davam etdirib.

Qeyd edək ki, bu gün Amerikada Nümayəndələr Palatasının həyata keçirəcəyi "Pul Siyasəti Təqdimatı" izləniləcək. İngiltərədə inflyasiya göstəriciləri və ABŞ daşınmaz əmlak qiymətləri birjaların gündəmində olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et