Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi Povelin çıxışından əvvəl günə yüksələrək başlayıb.

Dünən 6.85 səviyyəsini keçən kurs yeni günə 6.82 səviyyəsində başlayıb, diqqətlər FED sədri Povelin çıxışına yönəlib.

Qlobal birjalarda risk iştahasının azalması və dolların dəyər qazanması ilə dünən 6.85 səviyyəsini keçən Dollar/TL səhər saatlarında 6.82 səviyyəsində icra edilir. Koronavirus pandemiyasında ikinci dalğa ilə bağlı narahatlıqlar da türk lirəsinə təzyiq göstərir.

Qeyd edək ki, bu gün Türkiyədə mühüm gündəm mövzusu olmasa da, Amerikada FED sədri Jerom Povelin Bakı vaxtı ilə 18:00 - da ABŞ Senatı Bankçılıq Konqresindəki yarımil nitqi izləniləcək. Bununla yanaşı digər bir gündəm mövzusu isə pərəkandə satış və sənaye istehsalı üzrə göstəricilərdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et