Dollar/TL məzənnəsi açıqlandı - Lirə ucuzlaşdı | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Lirə ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb.

Dollar dünən axşam saatlarında qısa müddət ərzində 6.96 səviyyəsini keçib, daha sonra isə sürətlə geriləyərək 6.90 səviyyəsindən aşağı düşüb. Məzənnə yeni günə isə 6.8815 səviyyəsində başlayıb. 

Dünən axşam saatlarında valyuta birjasında qeyri-adi hərəkətlilik yaşanıb. Dollar indeksinin 2 ilin ən aşağı səviyyəsinə geriləməsinə baxmayaraq, türk lirəsi sərt dəyər itkisi yaşayıb.

Dünən baş verən bu hərəkətlilik halını açıqlayacaq hər hansı gündəm mövzusu isə qeydə alınmayıb. Xatırladaq ki, sabah açıqlanacaq FED faiz qərarına qədər də birjalara təsir göstərəcək mühüm gündüm mövzusu yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et