Dollar valyutasında taksit kartı nə zaman sərfəlidi? | Banco.az

Dollar valyutasında taksit kartı nə zaman sərfəlidi?

Devalvasiya prosesindən sonra  əksər banklar kreditləri və hətta bəziləri taksit kartlarını  ABŞ dolları ilə verdiyindən,  bu əksər müştəriləri  razı salmır.

Ölkəmizdəki mağazalarda alış-satış  manatla olduğu üçün  müştərilər dollar valyutasında olan taksit kartından istifadə etməkdə ehtiyat edirlər. Baxmayaraq ki, banklar ABŞ dollarının vəziyyətinin indiki kimi stabil qalacağı təqdirdə, nağdsız alış-verişlərdə müştərilərin itkilərinin  olmayacağını deyirlər.  Kredit xətti USD ilə olan kart sahibləri alış-veriş edərkən, mağaza və dükanlarda ödəniş manatla olduğu üçün, vəsait onların balanslarından manatın dollara məzənnəsindən ( Mərkəzi Bankın həmin günə olan məzənnəsinə uyğun) asılı olaraq çıxılır. 

Ölkə daxilindən fərqli olaraq, xarici ölkələrdə  ABŞ dollarında olan taksit və kredit kartları sərfəlidir.  USD ilə maliyyələşdirilən Unibank-ın Albalı Plus xaricə səfərə hazırlaşanlar üçün  gözəl seçim ola bilər. Yeni müştərilərinə  bir müddətdir ki Albalı Plus  kartlarını yalnız  dollar valyutasında verən Unibank,  ABŞ valyutasında verilən kredit kartları üçün  daha böyük imkanlar yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Manat hesablı kartlardan fərqli olaraq,  dollarda verilən Albalı Plus kartlarından nağdlaşdırmaya limit qoyulmayıb. Unibank-dan  Banco.az  portalına bildiriblər ki,  “Albalı Plus kartı USD valyutasında ayrıldığı üçün kredit xətti də USD-də olur. USD valyutasında olan Albalı Plus  kartından dollarda nağdlaşdırmaya limit yoxdur. Yəni kart sahibi kartda dollarda olan bütün məbləği nağdlaşdıra bilər. Əgər müştəri kartdakı vəsaitini bankomatdan manatda nağdlaşdırmaq istəyirsə, o zaman Mərkəzi Bankın cari kursuna əsasən konvertasiya olunur. Ödəniş isə kartın valyutasına uyğun olaraq dollarda aparılacaq”.. 

Ən sərfəli krediti almaq üçün müraciət et