Dollar mühüm valyutalar qarşısında 4 ayın zirvəsindədir | Banco.az

Dollar mühüm valyutalar qarşısında 4 ayın zirvəsindədir

Dollar virus narahatlıqları ilə mühüm bazar valyutaları qarşısında dörd ayın ən yüksək səviyyəsinə yüksəlib.

Dolların 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar İndeksi (BBDXY) geniş miqyaslı riskdən qaçışın Asiya bazarlarını təsiri altına alması ilə 1214.94-ü görüb. Bu səviyyə dörd ayın zirvəsidir. 

Koronavirus epidemiyasının Çin xaricində də sürətli yayıldığına dair siqnallar riskdən qaçışa səbəb olur. Cənubi Koreyada Kospi İndeksi və milli pul vahidi von ölkədə virusa yoluxanların sayının bir gündə iki dəfədən çox artması ilə əlaqədar olaraq kəskin düşüblər. 

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə saat 09:55-də Avro/Dollar məzənnəsi 1.0796 səviyyəsində olub. Avro Dollar qarşısında 0,1% də ucuzlaşıb. 

S&P 500 İndeksi mənfiyə keçib.  

Son məlumata görə, Çində 74 min 576 nəfər koronavirusa yoluxub, 2118 nəfər ölüb. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et