Dəyəri 1 trilyon dollardan çox olan şirkətlər hansılardır? | Banco.az

Dəyəri 1 trilyon dollardan çox olan şirkətlər hansılardır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Texnologiyanın gücü günü-gündən artır. Bu, özünü bazar dəyəri ən yüksək olan şirkətlər arasında da göstərir. Belə ki, bazar dəyəri 1 trilyon dollardan yüksək olan şirkətlərin çoxu texnologiya şirkətləridir. Dəyəri trilyonu ötən "Microsoft", "Apple", "Alphabet" və "Amazon" kimi qabaqcıl texnologiya şirkətləri arasında Səudiyyə Ərəbistanın neft şirkəti "Aramco" da var. 

Bu yaxınlarda "Microsoft"un bazar dəyəri 3 trilyon dolları ötüb. Bundan əlavə bazar dəyəri 3 trilyon dolları ötən digər şirkət isə "Apple" olub. Beləliklə, indiyədək yalnız 2 şirkətin bazar dəyəri 3 trilyon dolları ötə bilib. 

Banco.az xəbər verir ki, dünyanın ən qiymətli və bazar dəyəri 1 trilyon dollardan yüksək olan şirkətləri isə bunlardır: (30 yanvar 2024 tarixinə)

1. Microsoft (ABŞ): 3,1 trilyon dollar

2. Apple (ABŞ): 2,96 trilyon dollar

Ən sərfəli kredit üçün müraciət et

3. Saudi Aramco (Səudiyyə Ərəbistanı): 2,1 trilyon dollar

4. Alphabet (Google) (ABŞ): 1,9 trilyon dollar

5. Amazon (ABŞ): 1,7 trilyon dollar

6. NVIDIA (ABŞ): 1,5 trilyon dollar

7. Meta (Facebook): 1,1 trilyon dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et