DəmirBank Daxili Audit Departamentinə işəqəbul elan edir | Banco.az

DəmirBank Daxili Audit Departamentinə işəqəbul elan edir

DəmirBank ASC Daxili Audit Departamentinə kiçik auditor, auditor, aparıcı auditor, baş auditor (bilik və bacarıqlarından asılı olaraq) vəzifələrinə işəqəbul elan edir.

İşin təsviri:

• Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
• Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabatın verilməsi;
• Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi;
• Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi;
• Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
• Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi;
• Bankın icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi;
• Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi;
• Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi;
• Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələrin verilməsi;
• Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi.

Namizədə qarşı tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
• Kreditləşmə sahəsində təcrübəsinin olması;
• Microsoft Office proqramlarında işləmə bacarığının (xüsusilə Excel) olması;
• Azərbaycan dili mükəmməl səviyyədə, Rus və İngilis dillərində yaxşı səviyyədə bacarığın olması;
• Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) standartları haqqında anlayış və onların tətbiqi təcrübəsinin olması;
• Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklərin olması;
• Bank və risklərin idarəolunmasına dair biliklərə malik olması;
• Bank əməliyyatlarının bütün aspektləri ilə tanışlığın olması;
• Əldə olunan məlumatların qorunması və saxlanılması;
• Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyətinin olması;
• Məsuliyyətlilik, müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığının olması;
• Müşahidə edilmiş nöqsanların məsul şəxslərlə müzakirə və yekunlaşdırma bacarığının olması;
• Hesabatın hazırlanması və yazılması bacarığının olması.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 dekabr 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “kiçik auditor/auditor/aparıcı auditor/baş auditor” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan müraciətlərə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et