Daha bir ölkədə "ChatGPT"nin istifadəsi qadağan edilib | Banco.az

Daha bir ölkədə "ChatGPT"nin istifadəsi qadağan edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya qanunvericiliyi “ChatGPT”yə qadağa qoyub.

Banco.az xəbər verir ki, İtaliyanın milli məxfilik tənzimləyici qurumu yaradıcısı “OpenAI”şirkətini “şəxsi məlumatların qeyri-qanuni toplanmasında” ittiham edərək “ChatGPT” texnologiyasına effektiv qadağa qoyulmasını əmr edib.

Qurumun şirkətə göndərdiyi bildirişdə qeyd olunub ki, sözügedən süni intellekt texnologiyası italyan istifadəçilərin məlumat toplama formasını dəyişdirənə qədər dərhal onların məlumatlarının toplanması dayandırılmalıdır.

Qeyd edək ki, bu, İtaliya qanunvericiliyinin süni intellekt çatbotuna qarşı attığı ilk belə addım deyil. Qurum daha əvvəl də fevral ayında “Replika.ai” çatbotunu qadağan etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et