Çipli avtomobil nömrələri QR kodla əvəzlənə bilərmi? | Banco.az

Çipli avtomobil nömrələri QR kodla əvəzlənə bilərmi?

Türkiyədə avtomobillər üçün QR kodlu lövhələr hazırlanıb və yaxın zamanda tətbiq olunacağı gözlənilir. Avtomobil haqqında bütün məlumatların yer aldığı bu QR kodlu lövhələr Azərbaycanda da tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bu avtomobillərin nömrələrinə tətbiq edilən QR kod Azərbaycanın standartlarına uyğun gələrsə və səmərəli olarsa, istifadə edilə bilər: “Amma hazırda Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında elektron daşıyıcılar yerləşdirilib. Həmin çiplər vasitəsilə avtomobil haqqında bütün məlumatlar Dövlət Yol Polisinə ötürə bilir”. 

Ekspert bildirib ki, hətta sürücülər hər hansı yol hərəkəti qaydaları pozuntusu etsə, bu zaman da həmin məlumatlar çip vasitəsilə Dövlət Yol Polisinə ötürülür: “Yollarda olan ağıllı kameralar vasitəsilə də həmin çiplərdə siqnal almaq mümkündür. Eyni zamanda Azərbaycanda Dövlət Yol Polisi avtomobillərində yerləşdirilmiş texniki qurğulara da həmin məlumatlar göndərilə bilir”. 

“Gələcəkdə Azərbaycanda da yeni nömrələrdə QR kod tətbiq edilə bilər. Lakin hər ölkənin özünə uyğun standartı var. Əgər bu standart Azərbaycanın avtonəqliyyat sektorunda daha səmərəli olsa, istifadə ediləcək”, – deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et