Çinli sahibi TikTok-u satmağa hazırlaşır | Banco.az

Çinli sahibi TikTok-u satmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Çinin texnologiya şirkəti ByteDance TikTok-dakı səhmlərinin böyük bir qismini ABŞ sərmayəçilərinə satmağı düşünür.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ mətbuatında işıqlandırılan xəbərlərə görə, sözügedən satınalma fikrinin ABŞ hökumətinin TikTok da daxil olmaqla bir çox Çinli sosial media platformalarını qadağan etməyi planlaşdırmasına dair açıqlamasından sonra aktual olduğu bildirilir.

Odur ki, TikTok-un ana şirkəti ByteDance ilə bəzi ABŞ sərmayəçiləri arasında hazırda danışıqlar prosesinin getdiyi qeyd edilir.

Məsələ ilə bağlı hələ ki, heç bir qərar qəbul edilməsə də, TikTok səhmlərinin əksər hissəsini almağı düşünən ABŞ sərmayəçilərinin içərisində Kaliforniyada fəaliyyət göstərən innovasiya şirkəti Sequoia Capital və Nyu Yorkda fəaliyyət göstərən General Atlantic şirkətlərinin də olduğu vurğulanıb.

Danışıqlar prosesinin ilkin mərhələdə olduğu bildirilərkən ByteDance şirkətinin təsisçisi və CEO-su Zhang Yiming bu satışa etiraz etmədiyini ifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Youtube-dan TikTok-a rəqib yeni funksiya gəlir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et