Çinli elektromobil markası "Ferrari" və "Lamborghini" ilə rəqabətə hazırlaşır | Banco.az

Çinli elektromobil markası "Ferrari" və "Lamborghini" ilə rəqabətə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BYD” markası “Ferrari” və “Lamborghini” ilə rəqabətə hazırlaşır.

Banco.az xəbər verir ki, Çinin “BYD” markalı avtomobil şirkəti 233 min 450 dollarlıq yeni elektrik avtomobili “Ferrari” və “Lamborghini”yə rəqib olacaq.

“BYD” bazar günü özünün ən bahalı avtomobilini, “Ferrari” və “Lamborghini” kimi markaların təklif etdiyi lüks seçimlərə rəqib olan 1,68 milyon yuan (233 450 dollar) dəyərindəki yüksək performanslı tam elektrik superkarını təqdim edib.

Şanxayda canlı yayımlanan tədbir zamanı şirkətdən bildiriblər ki, “Yangwang U9” ilkin olaraq yalnız Çin bazarına yönələcək. Avtomobilin 100 km/saat (62 mil/saat) həddini 2,36 saniyəyə yığa bildiyi və maksimal sürətinin 309,19 km/saat olduğu qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “BYD” 2023-cü ilin son rübündə “Tesla”nı geridə qoyaraq dünyanın ən böyük elektromobil satıcısı olub. Daha çox sərfəli elektrik avtomobilləri istehsalı ilə tanınsa da, şirkət lüks modellərini “Yangwang” və “Fang Cheng Bao” markaları altında bazara çıxarır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et