Çinin Sinopec şirkəti rəsmi olaraq Qazaxıstanda “Polietilen” layihəsinə daxil oldu | Banco.az

Çinin Sinopec şirkəti rəsmi olaraq Qazaxıstanda “Polietilen” layihəsinə daxil oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin Sinopec şirkəti rəsmi olaraq Qazaxıstanda “Polietilen” layihəsinə daxil oldu.

Banco.az xəbər verir ki, Çinin "Sinopec" şirkəti rəsmi olaraq Qazaxıstanda polietilen zavodu tikən Silleno LLP-nin həmtəsisçisi olub.

Ən sərfəli kredit üçün müraciət et

Polietilen layihəsi Qazaxıstanın qərbindəki Atırau vilayətində gücü ildə 1,25 milyon ton olan polietilen istehsalı zavodunun tikintisini nəzərdə tutur.

2023-cü ilin mayında Çinin Sinopec şirkətinin Polietilen layihəsinə tam tərəfdaş kimi daxil olması haqqında saziş imzalanıb.

Layihənin təxmini dəyəri 7,7 milyard dollardır. Zavodun 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Ən sərfəli krediti almaq üçün müraciət et