Çinin istehsal fəaliyyəti zəifləyib | Banco.az

Çinin istehsal fəaliyyəti zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Caixin istehsal PMI nisbəti zəif tələbə görə aşağı düşüb.

Banco.az xəbər verir ki, “Caixin” və “S&P Global”dan cümə axşamı bildirilənə görə, Çinin Caixin istehsalat satınalma menecerləri indeksi (PMI) apreldə 49,5 punkta geriləyib.

Bu, 2023-cü ilin yanvar ayından bəri fabrik-zavod istehsalında qeydə alınan ilk daralmadır. Keçən ay indeks 50 dəyərini almışdı.

Qeyd edək ki, sözügedən indeks ötən ay gözlənilmədən 49,2 punkta düşən rəsmi PMI ilə müqayisədə cüzidir və əsasən ixrac yönümlü müəssisələri əhatə edir. Bununla belə, göstəricilər ölkə iqtisadiyyatının bərpası ilə bağlı qeyri-müəyyənlikləri gücləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et