Çində xərçəngə qarşı telefon istehsal edildi | Banco.az

Çində xərçəngə qarşı telefon istehsal edildi

Hər gün milyonlarla insan aldığı qidanın xərçəngə səbəb olub-olmayacağı haqqında düşünür. Çində bu problemə çarə ola biləcək bir tətbiq yaradıblar. Yeni inkişaf etdirilən ağıllı telefon sensorlar sayəsində hər cür materialdakı insan sağlamlığına zərərli komponentləri müəyyən edə bilir.

Sağlamlığı riskə atan maddələrin təsbit edilməsi və qarşısının alınması üçün böyük bir addım olan bu yenilik Changhong H2 adı verilən cihazın molekulyar səviyyədə araşdırma edərək bir çox fərqli məhsulda nəticə verməsiylə bilinir. Çiyələkdənbatareyaya qədər bir çox fərqli məhsulu analiz edən cihaz Sichuan Changhong Electric Co. və ADI ilə birləşməsi nəticəsində ortaya çıxıb.

Ən sərfəli kredit üçün müraciət et

telefon

Mütəxəssislər tətbiqin əsl məqsədinin insanların ətrafındakı əşyalar haqqında daha çox məlumat ala bilməsi olduğunu söyləyirlər. Scion adı verilən spektrometr ilə ağıllı telefon işıqdan əks olunan obyektlərin içərisindəki molekulyar özəllikləri araşdırma imkanı verir. Hidrogen molekullarını araşdıran tətbiq buna görə istifadəçiyə qida, içki və ya daha çox əşyayla əlaqədar məlumatları təqdim edə bilir.

Mənbə: BizPlus.az

Ən sərfəli krediti almaq üçün müraciət et