Çin iqtisadiyyatının beşdə biri karantin vəziyyətindədir | Banco.az

Çin iqtisadiyyatının beşdə biri karantin vəziyyətindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində koronavirusa yoluxma halının artması ölkə iqtisadiyyatını iflic etmək üzrədir.

Banco.az xəbər verir ki, Çində artan Kovid-19 hadisələri səbəbindən qismən karantində olan bölgələr ümumi daxili məhsulun (ÜDM) təxminən 21,1 faizini təşkil edir. 

Yaponiya investisiya bankı “Nomura”nın hesabatına görə, bu nisbətin bir neçə həftə ərzində 30 faizə yüksələcəyi gözlənilir.

Bankın Çinlə bağlı həftəlik hesabatında qeyd edilib ki, Kovid-19 hadisələrinin artması və hökumətin "sıfır yoluxma halı" strategiyasında israrı ilin son rübündə iqtisadi aktivliyə və böyüməyə mənfi təsir göstərəcək, yenidən dirçəlməsi isə uzun və böyük xərc tələb edən proses olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et