“Titanik”dəki ən varlı sərnişinin saatı rekord qiymətə satıldı | Banco.az

“Titanik”dəki ən varlı sərnişinin saatı rekord qiymətə satıldı

Müəllif:Ayşən İmanova/Banco.az

“Titanik"in ən varlı sərnişininin qızıl saatı “Henry Aldridge & Son” hərracına çıxarılıb.

Banco.az xəbər verir ki, “Titanik” gəmisinin ən zəngin adamı Con Ceykob Astora məxsus qızıl cib saatı hərracda rekord qiymətə - 1,175 milyon funta (1,4 milyon ABŞ dollarından çox) satılıb.

Məlumata görə, bu, "Titanik"ə məxsus xatirə əşyalarının satışından indiyə qədər toplanan ən böyük məbləğdir.

Con Astor o dövrdə dünyanın ən varlı adamlarından biri hesab olunurdu. Nəşr qeyd edir ki, onun kapitalı təxminən 87 milyon dollar təşkil edirdi ki, bu da bu gün bir neçə milyard dollara bərabərdir. 

Qeyd edək ki, hərracda həmçinin, gəmi batan zamanı çalınan skripkalardan birinin futlyarı 360 min funta (459 min ABŞ dollarından çox) satılıb. Musiqi alətinin özü 2013-cü ildə 1,7 milyon dollara satılmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et