Çin iqtisadiyyatı zəifləməyə doğru gedir | Banco.az

Çin iqtisadiyyatı zəifləməyə doğru gedir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kovid tədbirlərinin yumşaldıldığı Çində iqtisadi fəaliyyət mənfi təsir altındadır.

Banco.az xəbər verir ki, Kovid tədbirlərinin yumşaldıldığı Çində milyonlarla yeni yoluxma halının ortaya çıxmasından sonra vətəndaşların öz ehtiyat tədbirlərini görməyə başlaması ilə iqtisadi fəaliyyət zəifləyib.

Bloomberg nəşrinin səkkiz aparıcı məlumatdan tərtib etdiyi məcmu indeksə əsasən, dekabrda iqtisadi aktivlik noyabr ayı ilə müqayisədə azalıb.

Belə ki, paytaxt Pekində ötən həftənin cümə axşamı 2019-cu illə müqayisədə 70 faiz az metro səfəri həyata keçirilib. Nəqliyyat sıxlığı da 2021-ci ilin yanvar ayı səviyyəsinin 30 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mobilliyin azalması pərakəndə satışlara da mənfi təsir göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et