Çin bu il milyonçuların ən çox tərk etdiyi ölkə olacaq | Banco.az

Çin bu il milyonçuların ən çox tərk etdiyi ölkə olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin bu il də milyonçuların ən çox tərk etdiyi ölkə olacaq.

Banco.az xəbər verir ki, investisiya immiqrasiya məsləhət firması “Henley & Partners”in hesabatına görə, digər ölkələrlə müqayisədə Çinin bu il immiqrasiya səbəbindən ən çox dollar milyonçusu itirən ölkə olacağı gözlənilir.

Məlumatlar göstərir ki, 2022-ci ildə Çindən 10 min 800 yüksək gəlirli şəxs mühacirət edib ki, bu il də 13 min 500 nəfərin ölkəni tərk edəcəyi proqnozlaşdırılır.

Hesabatın hazırlanmasında köməklik göstərən “New World Wealth” adlı qlobal sərvət kəşfiyyatı şirkətinin Tədqiqat Direktoru Endryu Amoilsin sözlərinə görə, bu, pandemiya ilə başlayan bir məsələ deyil.

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, Çin ötən on il ərzində hər il ən böyük milyonçu miqrasiyası ilə üzləşən ölkədir və bu, ümumi sərvət artımının zəifləməsinə gətirib çıxarıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et