Cənubi Koreya Mərkəzi Bankının sədri uçot dərəcəsi ilə bağlı açıqlama verib | Banco.az

Cənubi Koreya Mərkəzi Bankının sədri uçot dərəcəsi ilə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Mərkəzi Bankının sədri uçot dərəcəsinin azaldılması ilə bağlı açıqlama verib.

Banco.az xəbər verir ki, Koreya Mərkəzi Bankının sədri Rhi Çanq-yonq uçot dərəcəsinin azaldılması barədə danışmağın hələ tez olduğunu söyləyib.

Xatırladaq ki, Cənubi Koreya Mərkəzi Bankı Asiyada monetar sərtləşdirmə strategiyasına fasilə verən ilk banklardan biri olduğundan bu da öz növbəsində mərkəzi bankın yaxın zamanda faiz dərəcələrini aşağı salmağa başlayacağına dair bazar spekulyasiyalarına gətirib çıxarıb.

Lakin Rhi Asiya İnkişaf Bankının İnçxon şəhərində keçirilən illik iclasında CNBC telekanalının Asiya Sakit Okean üzrə müxbiri Çeri Kanqa bu gözləntilər üçün hələ erkən olduğunu dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et