Cari ildə bu sahələrə 1,2 mlrd. manata yaxın kreditlər ayrılıb | Banco.az

Cari ildə bu sahələrə 1,2 mlrd. manata yaxın kreditlər ayrılıb

Bu ilin martın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni ayı ilə müqayisədə 186,5 mln. manat və ya 13,7% azalaraq 1 172,5 mln. manata düşüb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, nəqliyyat və rabitə sektoruna kredit qoyuluşu aylıq müqayisədə 5 mln. manat və ya 0,4% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən sektorun kreditləşməsinin real sektora kredit qoyuluşunda xüsusi çəkisi isə 7,5% təşkil edib ki, bu da ötən ay ilə müqayisədə 0,1 faiz bəndi azdır, 2019-cu ilin eyni ayı ilə müqayisədə isə 3 faiz bəndi azdır.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et