BVF: Ukrayna iqtisadiyyatında tədricən bərpa gözlənilir | Banco.az

BVF: Ukrayna iqtisadiyyatında tədricən bərpa gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kristalina Georgieva bəyan edib ki, bu il Ukrayna iqtisadiyyatında tədricən dirçəliş gözlənilir.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva Ukraynaya səfərindən sonra yazılı bəyanatla çıxış edib.

O, Ukrayna prezidenti Vladimir Zelenski, Baş nazir Denis Şmıqal, Maliyyə naziri Sergey Marçenko və Mərkəzi Bankın sədri Andrey Pışnıy ilə görüşdüyünü bildirib.

Vətəndaş cəmiyyəti, parlament və özəl sektorun qadın liderləri, biznes nümayəndələri ilə də görüşdüyünü bildirən Georgieva, “Səfərim və danışıqlarım zamanı çox böyük çətinliklərə baxmayaraq, işlək bir iqtisadiyyatla rastlaşdım”, deyə Ukrayna iqtisadiyyatını dəyərləndirib.

Georgiyeva bildirib ki, ölkədə mağazalar fəaliyyət göstərir, xidmətlər göstərilir, insanlar öz işlərinə gedirlər. Dövlət və iqtisadi qurumların kifayət qədər yaxşı işlədiyini vurğulayan Georgieva bank sisteminin də tam işlək vəziyyətdə olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

“Mühüm infrastruktur hücumlara məruz qalsa da, iqtisadiyyat vəziyyətə uyğunlaşır və bu il ərzində tədricən bərpa gözlənilir”, deyə BVF sədri fikrini əsaslandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et