BVF sədri faiz artımları ilə bağlı açıqlama edib | Banco.az

BVF sədri faiz artımları ilə bağlı açıqlama edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgiyeva inflyasiya ilə mübarizə çərçivəsində Mərkəzi Bankların faiz dərəcələrini "neytral səviyyəyə" çatana qədər artırmalı olduğunu və bu səviyyəyə hələ çatılmadığını söyləyib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının sabahkı həlledici faiz qərarından əvvəl açıqlama verən BVF sədri Georgieva Mərkəzi Bankların faiz artımının qlobal miqyasda müsbət təsirinin 2024-cü ildə hiss olunmağa başlanacağını bildirib.

O, faiz artımları ilə bağlı, "Biz hazırda neytral səviyyəyə çatmağa çalışır və hələ buna nail ola bilməmişik", deyə vurğulayıb.

Georgiyeva həmçinin qeyd edib ki, yüksək inflyasiya iqtisadi artımı zəiflədir və bu vəziyyət də xüsusilə cəmiyyətin ən yoxsul təbəqələrini vurur, bu səbəbdən də Mərkəzi banklar faiz dərəcələrini artırmalıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et