BVF Misirə 8 milyard dollar maliyyə ayıracaq | Banco.az

BVF Misirə 8 milyard dollar maliyyə ayıracaq

Müəllif:Mehin Qasımova/Banco.az

Misir və Beynəlxalq Valyuta Fondu (BVF) arasında yeni əməkdaşlıq sazişi imzalanıb. 

Banco.az xəbər verir ki,bu barədə Misirin baş naziri Mustafa Madbuli bildirib.

Bu sazişə əsasən, fond Ərəb Respublikasına 8 milyard dollar maliyyə vəsaiti ayıracaq. 

“Misir və BVF yeni saziş imzalayıblar. Sazişə əsasən fond Misir tərəfinə əvvəlcədən planlaşdırıldığı kimi 3 milyard dollar deyil, ümumilikdə 8 milyard dollar maliyyə vəsaiti verəcək”, - deyə baş nazir bildirib.

Madbouly əlavə edib ki, BVF ilə müqavilə imzalandıqdan sonra Misir də Qlobal Ətraf Mühit Fonduna 1,2 milyard dollarlıq kredit üçün müraciət etməyi planlaşdırır:

"Belə ki, bu müraciət təsdiq olunarsa, Qahirə 9 milyard dollardan çox maliyyə vəsaiti alacaq və bu vəsaiti ölkə iqtisadiyyatının inkişafı üçün istifadə edəcək. Biz iqtisadi islahatlar proqramı üzərində işləməyə və inflyasiyanın azaldılmasına çalışmağa hazırıq, yeni iş yerləri yaratmağı və Misirə xarici sərmayələri cəlb etməyi planlaşdırırıq. Dövlət investisiyalarının həcmi 1 trilyon Misir funt-sterlinqinə (cari məzənnə ilə təxminən 20,22 milyard dollar) çatıb".

Ən sərfəli kredit üçün müraciət et

BVF bildirib ki, Misir və Birləşmiş Ərəb Əmirlikləri arasında Aralıq dənizində yeni Ras əl-Hikmə kurortunun tikintisinə dair fevralın 23-də imzalanmış saziş yaxın gələcəkdə Misirə maliyyə təzyiqini azaltmağa kömək edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et