BVF aprelin sonunda növbəti prezidentini seçəcək | Banco.az

BVF aprelin sonunda növbəti prezidentini seçəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) aprel ayının sonunda növbəti prezidentini seçəcək.

Banco.az xəbər verir ki, BVF-in hazırki prezidenti Kristalina Georgievanın 5 illik səlahiyyət müddəti sentyabrın 30-da başa çatdığından fond yeni prezidentin seçilməsi ilə bağlı bəyanat yayıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası fondun növbəti rəhbərinin seçilməsi prosesinə başlanıldığını və prosesin aprelin sonunadək başa çatdırılmasının nəzərdə tutulduğunu elan edib.

Bəyanatda yeni prezidentin Fondun Qubernatoru və ya İcraçı Direktoru tərəfindən irəli sürülə biləcəyi və əvvəlki təcrübələrdə olduğu kimi yekdil qərarın qəbul ediləcəyi və prosesin aprel ayının sonunadək başa çatdırılmasının nəzərdə tutulduğu bildirilib.

Xatırladaq ki, Georgieva ötən həftə BVF rəhbərliyində ikinci dəfə xidmət etmək istədiyini açıqlamışdı. Avropa İttifaqına (Aİ) üzv ölkələrin maliyyə nazirləri də Georgievanın yenidən BVF-in rəhbəri olmasını dəstəklədiklərini qeyd ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, ənənəvi olaraq BVF-in prezidentini Avropa ölkələri, Dünya Bankının prezidentini isə ABŞ müəyyənləşdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et