Bütün zamanların ən çox nifrət edilən serial personajları | Banco.az

Bütün zamanların ən çox nifrət edilən serial personajları

Müəllif: Gülnar Əhmədli, Banco.az

Seriallar gündəlik həyatımızın bir parçasıdır. Demək olar ki, hamımızın həyatımızda iz qoymuş və təkrar-təkrar izlədiyimiz seriallar var.

Bəzi televiziya seriallarını onların cəlbedici hekayələri və təsirli ssenariləri üçün izləyirik. Bəziləri yüksək istehsal keyfiyyəti ilə diqqətimizi cəlb edir. Bununla belə, personajların serialın ən vacib elementləri arasında olması şübhəsizdir.

Bəzən düzgün işlənilmiş personajlar belə serialı milyonlarla insan tərəfindən baxılmasına səbəb olur. Təbii ki, serialların mənfi personajları da yaxşılar qədər önəmlidir. Hətta ekranda mənfinin təcəssümü kimi görünən bəzi serial personajları yaddaşlarımızda daha çox qalır. Bəs televiziyada ən çox nifrət edilən personajlar hansılardır?

Banco.az xəbər verir ki, "Ranker" saytında keçirilən səsvermə ilə serial tarixinin ən nifrət edilən personajları müəyyənləşdirilib.

Siyahıda birinci yerdə "Taxt oyunları" serialından Coffri Barathondur.

Həmçinin oxu: Uzun müddət davam edən seriallar - SİYAHI

Cek Qlisonun canlandırdığı bu mənfi personaj 178 mindən çox səslə sorğuda bütün zamanların ən nifrət edilən televiziya personajı olub. Amerikan yazıçısı Corc Martinin eyniadlı romanından uyğunlaşdırılmış serial yaxşı və ya pis olduğuna qərar vermək asan olmayan dəyişkən personajları ilə tanınır. Təəccüblü deyil ki, ilk 10-luqda eyni serialdan bir neçə personaj qərarlaşıb. 

Ən sevilməyən serial personajlarının ilk 10-luğu aşağıdakı kimidir:

1. Joffrey Baratheon (Game of Thrones)

2. Ramsey Bolton (Game of Thrones)

3. Cersei Lannister (Game of Thrones)

Ən sərfəli kredit üçün müraciət et

4. The Governor (The Walking Dead)

5. Seymour Skinner (The Simpsons)

6. Livia Soprano (The Sopranos)

7. Rachel Berry (Glee)

8. Skylar White (Breaking Bad)

9. Caillou (Caillou)

10. Benjamin Linus (Lost)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et