Bu yazıçı süni intellektlə doqquz ayda 100-ə yaxın kitab yazıb | Banco.az

Bu yazıçı süni intellektlə doqquz ayda 100-ə yaxın kitab yazıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Süni intellektin köməyi ilə roman yazmaq olarmı?

Banco.az xəbər verir ki, elmi-fantastik əsərlər müəllifi, amerikalı yazıçı Tim Bauçer süni intellekt texnologiyasından istifadə edərək doqquz ay ərzində 100-ə yaxın roman yazıb.

Belə ki, yazıçı müxtəlif süni intellekt alətlərindən istifadə edərək ötən doqquz ayda 97 qısa roman ərsəyə gətirib. Süni intellektlə yazdığı bu silsilə kitablara “AI Lore Books” adını verən müəllif süni intellektin insan yaradıcılığını artırmaq potensialını sübut etdiyini düşünür.

Tim Bauçer ideyalar yaratmaq və mətni formalaşdırmaq üçün ChatGPT və Claude adlı süni intellekt alətlərindən istifadə etdiyini bildirib. Romanlarının vizuallarını yaratmaq üçün isə “Midjourney” adlı başqa bir süni intellekt alətindən istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qısa romanlarını orta hesabla 8 saatda ərsəyə gətirdiyini qeyd edən Bauçer avqust-may ayları ərzində 500-dən çox nüsxə sataraq ümumilikdə 2000 dollardan çox qazandığını söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et