Bu şirkət çip böhranına son qoymaq üçün əsaslı addım atdı | Banco.az

Bu şirkət çip böhranına son qoymaq üçün əsaslı addım atdı

Tamara Mustafayeva, Banco.az

Bosch şirkəti tərəfindən çip böhranını aradan qaldırmağa kömək olacaq addım atılıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Almaniyanın transmilli elektronika və texnologiya firması Bosch ötən ay açılışını həyata keçirdiyi yeni çip fabriki ilə qlobal çip böhranının təsirinə məruz qalan Avropada yerli istehsala başlayacaq.

Şirkətin 1 milyard avro investisiya qoyuluşu ilə açdığı yarım-keçiricilər fabriki tədarük probleminə və Avropanın Asiya və ya ABŞ-dan asılığına son qoya bilər.

Almaniyanın Drezden şəhərinin yaxınlığında inşa edilən fabrikdə istehsal edilən ilk çip gələn ay elektronika avadanlıqlarının hazırlanmasında istifadə ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et