Bu şəxslərə maddi yardım olunacaq | Banco.az

Bu şəxslərə maddi yardım olunacaq

Beynəlxalq Oxatma Federasiyası (World Archery) Beynəlxalq İdmanın İnkişafına Yardım Fondu ilə birlikdə koronavirus pandemiyası dövründə gəlirdən məhrum olan idmançılara maddi dəstək verəcək.

Bunun üçün ümumilikdə 150 000 ABŞ dolları ayrılıb. Hər idmançı 7 500 ABŞ dollarından çox olmayan qrant ala biləcək.

Bildirilib ki, maddi yardım üçün 2019-cu il dünya çempionatında və Dünya Kubokunun son mövsümündə iştirak etmiş 18 yaşdan yuxarı idmançılar və paralimpiyaçılar müraciət edə bilərlər.

Bunun üçün onlar qazanclarının 2020-ci ildə gözlənildiyindən az olduğunu sübut edən zəruri sənədləri, həmçinin əldə etdikləri gəlirləri hansı istiqamətdə xərcləyəcəkləri barədə bildiriş təqdim etməlidirlər.

Qeyd edək ki, bu imkandan DÇ-2019 və Dünya Kubokunun iştirakçısı olan Azərbaycan oxatanları da faydalana biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et