“Bu qərar kredit faizlərini də artıracaq” | Banco.az

“Bu qərar kredit faizlərini də artıracaq”

“Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasının 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərarını səhv hesab edirəm”.

Bunu açıqlamasında tanınmış iqtisadçı-ekspert Samir Əliyev bildirib.

İqtisadçının sözlərinə görə, bu addımın atılması əmanətlərin illik faiz dərəcəsinin artmasına səbəb olacaq: “Kredit portfelində əmanətlərin payı 70% olduğunu nəzərə alsaq deməli, kredit faizlərinə də artırıcı təsir edəcək”.

Marja-ya verilən məlumatlara görə, son günlər əhalinin banklardan əmanətlərini geri götürməsi faktları artıb. Ehtimal ki, faizin qaldırılması qərarı ilə əmanətlərdəki azalmanın səngidilməsi hədəflənir. Neftin ucuzlaşması, Dolların bahalaşacağı söz-söhbətləri, 2 bankın lisenziyasının ləğv edilməsi, 2 bankda da müvəqqəti inzibatçının yoxlama aparması əmanətçiləri narahat edir. Qorxunun artması ilə əmanətçilər manat vəsaitlərini banklardan geri götürürlər. Yuxarı həddin 2 bənd artırılması ilə banklara əmanət yerləşdirmək sərfəli edilir və bu addım ilə yeni əmanətlərin cəlbi hədəflənir. 

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et