Bu ölkənin sakinləri gülümsəməyi unudub | Banco.az

Bu ölkənin sakinləri gülümsəməyi unudub

Müəllif - Aida İsaq, Banco.az

Koronavirus pandemiyası fonunda bir çox dünya ölkələri müxtəlif məhdudiyyətlər tətbiq etdi. Sərhədlərin bağlanması, maska tətbiqi, əyləncəli və ya digər məkanların hətta bəzi şirkətlərin fəaliyyətini müvəqqəti dayandırması, məsafədən iş rejimi və bu siyahını çoxalda biləcəyimiz tədbirlər. Ən çox qadağa tətbiq edən ölkələr arasında yer alan Yaponiya son günlərdə pandemiya məhdudiyyətlərini aradan qaldırdı. 

Banco.az xəbər verir ki, ancaq, uzun müddət maskayla gəzməyə vadar olan yaponların gülümsəməyi unutduğu ortaya çıxdı. Yaponlar yenidən gülümsəmək üçün “Learning to smile again” adlı təlim şirkətlərinə müraciət etməyə başlayıb. Ekspertlər insanlar arasında gülümsəməklə bağlı kompleksin yarandığını bildirib. 

Qeyd edək ki, Yaponiyada ən azı 4000 insan gülümsəmək üçün təlimə qoşulub. Təlim iştirakçıları əllərində güzgü ilə gülümsəyərək məşq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et