Bu ölkənin bankları nağd dollar qəbul etməyəcək | Banco.az

Bu ölkənin bankları nağd dollar qəbul etməyəcək

İyunun 21-dən Kubada fəaliyyət göstərən banklar müştəri hesablarına köçürmək üçün nağd ABŞ dolları qəbul etməyəcək.

Bu barədə Kuba Mərkəzi Bankı qərar qəbul edib.

“ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi blokada nəticəsində ortaya çıxmış maneələri nəzərə alaraq, bu ölkənin əsginaslarının ölkənin bank sistemində müvəqqəti qəbul edilməməsi qərara alınıb", - deyə qurumun bəyanatında qeyd olunub.

Xatırladaq ki, 1994-cü ildən Kubada 2 rəsmi valyutadan istifadə edilir. Bunlar adi pesos və ABŞ dollarını əvəz etmək üçün nəzərdə tutulmuş, konvertasiya olunan pesosdur. Hazırda vətəndaşlar 1 dolları 24 konvertasiya olunan pesosa dəyişdirə bilərlər. Bu il yanvarın 1-dən etibarən konvertasiya olunan pesonun dövriyyədən çıxarılmasına başlanılıb və Amerika valyutasının rəsmi məzənnəsi kimi 24 adi pesos müəyyən edilib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et